10 fevral 2014 11:22

Böyük oyunda avtoqollar tarixçəsi

Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb. “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilmiş matçda ilk top braziliyalı Tieqo de Xesusun avtoqolu sayəsində qeydə alınıb. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin cənubi amerikalı futbolçusu 2:2 hesabı ilə başa çatan görüşdə erkən qolla rəqib komandanı sevindirib.
Tieqo mövsümdə ilk, çempionatlar tarixində 15-ci futbolçu oldu ki, “Neftçi” ilə oyunda öz qapısına qol vurdu. Paytaxt təmsilçisi isə biri cari mövsümdə olmaqla, ümumilikdə 10 dəfə avtoqola üzülüb.
İndiyədək 5 dəfə rəqib avtoqoluna sevinən “Xəzər Lənkəran” nəinki cari mövsümdə, ümumiyyətlə Premyer Liqa tarixində ilk dəfə öz qapısına qol vurulmasının acısını yaşadı. Bu matçadək “Xəzər Lənkəran”ın heç bir üzvü çempionatda öz qapısına qol vurmamışdı.
“Böyük oyun”lar tarixində isə 2-ci avtoqol qeydə alındı. İlk belə uğursuz “Neftçi”də oynadığı vaxt öz qapısına qol vuran Ruslan Abışov olmuşdu.
Qeyd edək ki, mövsümün ilk 19 turunda 5 avtoqol qeydə alınmışdı. “Sumqayıt”ın futbolçuları Adil İbrahimov “İnter”, Anar Nəzirov “Qarabağ”, “Neftçi”nin legioneri Erik Ramos “Bakı”, “Qəbələ”nin oyunçusu Amit Quluzadə “Simurq”, “Bakı”nın ispaniyalısı Mario Alvares “Sumqayıt”la oyunda öz qapısına qol vurmuşdu.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.