10 fevral 2014 11:11
Bir antirekord bitdi, digəri təkrarlandı
Topaz Premyer Liqasında ardıcıl 6 oyunda məğlub olmaqla mövsümün antirekorduna imza atan Aqil Məmmədovun yetirmələri 20-ci turun AZAL-la qarşılaşmasında 1 xal qazanıb - 2:2. Azerisport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 13-cü turun noyabrın 8-dəki qarşılaşmasında “Rəvan”la bərabərə qalmışdı - 1:1.
93 gündən sonra xal sevinci yaşayan “Sumqayıt” qələbəsiz oyunlar seriyasını hələ dayandıra bilmir. 3-cü turda “Qəbələ”ni 2:1 hesabı ilə udan autsayder 17 matçdır qalib gəlmir.
“İnter”ə 1:2 hesabı ilə uduzan “Rəvan” isə ardıcıl 6-cı dəfə xalsız qalmaqla mövsümün antirekordunu təkrarlayıb. Bakılılar sonuncu dəfə ötən il noyabrın 24-də 14-cü turun “Qarabağ”la görüşündə xal qazanmışdı. Həmin qolsuz heç-heçədən sonra “Rəvan” 6 məğlubiyyət alıb. Bakı təmsilçisi həm də artıq 15 turdur, qələbə qazana bilmir.
(PFL)
