10 fevral 2014 18:55
Ufuk Budak oynadı, komandası xal itirdi
Futbol üzrə Türkiyə Birinci divizionunda 23-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” evdə “1461 Trabzon”u qəbul edib və oyun qolsuz bərabərliklə başa çatıb.
Budak meydanda 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Qaziantep BB” yarış cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb.
