10 fevral 2014 17:55
Admir Teli sıradan çıxıb
“Qarabağ”ın “Qəbələ” ilə baş tutan sonuncu qarşılaşmasında Admir Teli oyunu erkən tərk etməli olmuşdu. Azerisport.az xəbər verir ki, oyunun 12-ci dəqiqəsində 32 yaşlı müdafiəçi yerini İlqar Qurbanova verib.
Müayinədən sonra alban futbolçunun uzun müddətə sıradan çıxdığı məlum olub. Müdafiəçinin sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkar olunub. Belə də Admirin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
(Klub saytı)
