10 fevral 2014 17:33
Arif Əsədov: Hələ AFFA-dan soraq yoxdur
Yeniyetmələrdən ibarət futbol üzrə milli komandamızın (U-19) sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına açıqlamasında öz gələcək karyerası haqda danışıb:
“Hələlik mənim karyeramda sükutdur. Yığma ilə vidalaşandan sonra, AFFA-dan mənə bildirdilər ki, 2014-cü ilin əvvəlində mənimlə hər şey barədə danışacaqlar. Ancaq hələlik, heç nə yoxdur. Klublara gəlincə, onların nəzəri yerli yox, xarici mütəxəssislərə yönəlib”.
