10 fevral 2014 16:44
Berti Foqts: Mən Tyeqo ilə maraqlanmamışam, Ramaldanov haqda soruşmuşam
Millimizin baş məşqçisi Berti Foqts azerisport.az saytına açıqlamasında bildirib ki, “Xəzər Lənkəran”ın müdafiəçisi Tyeqoya heç bir maraq göstərməyib:
“Mən “Xəzər Lənkəran” təmsilçilərindən Tyeqo haqda maraqlanmamışam. Mən onlardan sadəcə, nə üçün bu mövqedə Rasim Ramaldanovun oynamadığını soruşmuşam. Mənə bildirdilər ki, Tyeqo alınıb və indi o, bu mövqedə oynayır”.
Qeyd edək ki, Foqtsun Tyeqo ilə maraqlanması haqda məlumatı müxbirimizə Lənkəran klubunun düşərgəsindən bildirmişdilər.
