10 fevral 2014 16:16
İsrafilov Deportivo üzərində qələbəyə töhfəsini verdi
İspaniyada Sequndanın 25-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası “Real Mursiya” öz meydanında birinciliyin lideri “Deportivo La Korunya” komandasını qəbul edib.
Oyun “Real Mursiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov bütün oyunu meydanda mübarizə aparıb.
Hazırda “Real Mursiya” 33 xalla 13-cü pillədə qərarlaşıb.
