10 fevral 2014 14:22
Anar Bəkirov: Çixradzeni istefaya göndərməyə hazırlaşmıram
“Simurq”un prezidenti Anar Bəkirov azerisport.az saytına açıqlamasında komandasının TPL-in ikinci yarısına startı haqda fikrini bildirib:
“Neftçi” və “Bakı”ya məğlubiyyətlər (müvafiq olaraq: 0:3, 0:1) mənim əhvalımı korladı. Yaxşı oyun göstərib belə məğlub olmaq acı təsir bağışlayır. Nəyisə dəyişmək lazımdır. Ancaq bu dəyişiklik, Giorgi Çixradze olmayacaq. Mən ona inanıram və istefaya göndərməyə hazırlaşmıram. Bir də, nə üçün, axı komanda oynayır. Mənim hətta belə fikirlərim də olmayıb. Mənim onunla ciddi söhbətim olub. Ümidləri doğrultmayan futbolçular əvəzedici komandaya göndəriləcək. Əvəzedici heyətdən isə bir-neçə futbolçu götürüb indidən növbəti mövsüm üçün oynadacağıq. Axı növbəti mövsümdə biz qarşımıza Avropa Liqasına çıxmaq məqsədi qoyacağıq. Futbolçulara gəlincə, hələlik heç bir cərimə nəzərdə tutlmayıb”.
