10 fevral 2014 13:55
Gökdəmir üç dəqiqə oynadı
Futbol üzrə Türkiyə Superliqasında 20-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Əli Gökdemirin komandası “Elazığspor” çempionatın autsayderi “Kayserispor”u qonaq edib və 3:0 hesabı ilə qalib gəlib.
Gökdemir meydana bütün qollar vurulduqdan sonra, 87-ci dəqiqədə daxil olub və son dəqiqələri mübarizə aparıb.
Hazırda “Elazığspor r” yarış cədvəlində 19 xalla 15-ci pillədə qərarlaşıb. Komanda təhlükəli zonada qərarlaşsa da, çempionatdan birbaşa çıxış zonasını tərk edib.
