10 fevral 2014 13:13
Saşa Stamenkoviç: Duman olmasaydı, Neftçi Xəzər Lənkəranı məğlub edərdi
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunla (2:2) bağlı fikirlərini bildirib:
“Oyunu çox yaxşı başladıq. İlk olaraq qol vurduq. Rəqibə xüsusi imkanlar vermədik. Hesabı artırdıq (2:0). Ancaq hava şəraiti başladığımızı yekunlaşdırmağa imkan vermədi. Həmçinin, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirərkən, künc zərbəsi yox idi. Əminəm ki, top Mbilladan meydanı tərk etmişdi”, deyə Stamenkoviç sözə başlayıb.
- Bu, 2:0 hesabı ilə öndə olan komandaya bəraət qazandırır?
- Dumana görə. Mən bəzi məqamlarda topu sadəcə, görmürdüm. Uğur rəqibin tərəfində idi. Oyun komponentlərinə görə biz rəqibdən güclü idik.
- Dumana görə. Mən bəzi məqamlarda topu sadəcə, görmürdüm. Uğur rəqibin tərəfində idi. Oyun komponentlərinə görə biz rəqibdən güclü idik.
- Demək, duman olmasaydı...
...”Neftçi” “Xəzər Lənkəran”ı məğlub edərdi.
...”Neftçi” “Xəzər Lənkəran”ı məğlub edərdi.
- Nəticədən razı deyilsiniz?
- Əgər oyunqabağı mənə heç-heçə olacağını desə idilər, mən razılaşardım. Ancaq 2:0-dan sonra heç-heçə etmək... Bu, məni razı salmadı. Əminəm ki, mənim komanda yoldaşlarım da narazı qaldılar. Biz qələbəyə oynadıq. Bu mövsüm ümumiyyətlə, bəxtimiz gətirmir. Xeyli xal itirdik.

- Oyunun sonlarında meydanda əsl hərc-mərclik idi. Bertuççi və Kardoso meydandan qovuldu. Nə baş vermişdi?
- Orada nə baş verdiyini bilmirəm. “Xəzər Lənkəran”ın oyunçusu vurulmuş qoldan sonra topu götürmək istədi və nə isə baş verdi.
- Orada nə baş verdiyini bilmirəm. “Xəzər Lənkəran”ın oyunçusu vurulmuş qoldan sonra topu götürmək istədi və nə isə baş verdi.
- Yeri gəlmişkən, sizin bəzi hərəkətləriniz dəfələrlə “Xəzər Lənkəran” azarkeşlərini özündən çıxarırdı. Düz yerdə sanki, iki dəfə yıxıldınız.
- Futbolçunun zədəsi olarsa, həkimlər meydana çıxmalıdır. Hakimin bunu niyə uzatdığını anlamıram. Mən simulyasiya etmirdim.
- Futbolçunun zədəsi olarsa, həkimlər meydana çıxmalıdır. Hakimin bunu niyə uzatdığını anlamıram. Mən simulyasiya etmirdim.