10 fevral 2014 13:00
Mahir Şükürov vs. Stend
Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” oyunundan sonra “Flaqman”ın müdafiəçisi Mahir Şükürov yekun nəticədən narazı qalaraq qəzəbini stendin üzərinə töküb. Azerisport.az xəbər verir ki, tribunalar altındakı paltardəyişmə otağı istiqamətinə gedərkən, Şükürov Lənkəran stadionunun təsviri olan stendə zərbə endirib.
Zərbə nəticəsində stendin şüşəsi sınaraq çiliklənib və qırıntılar 10 metr radiusda ətrafa səpələnib.
