9 fevral 2014 00:44
Sumqayıt məğlubiyyət seriyasına son verdi
TPL-in 20-ci turu çərçivəsində keçirilmiş oyunda AZAL-la bərabərliyə imza atmış “Sumqayıt” cari çempionat mövsümündə yaşadığı 7 oyunluq məğlubiyyət seriyasına xitam verib. Azerisport.az xəbər verir ki, “kimyaçılar” son dəfə ötən il noyabrın 8-də AZAL-la görüşdə məğlub olmayıb.
“Gənclər şəhəri” təmsilçisinin yeganə qələbəsi isə avqust ayında “Qəbələ” ilə oyun təsadüf edir - 2:1.
