9 fevral 2014 12:33
Xəzər Lənkəran Neftçinin avtobusuna daş atmış adama görə məsuliyyət daşımır
“Xəzər Lənkəran”ın mətbuat xidməti “Neftçi”nin şüşəsi sındırılmış klub avtobusu ilə bağlı qalmaqala şərh verib:
“Neftçi”nin avtobusuna daş atmış bir adamın hərəkətlərinə görə “Xəzər Lənkəran” bir klub kimi məsuliyyət daşımır. Buna klubun məskən saldığı mehmanxananın təhlükəsizlik xidməti cavabdehdir. Dünən “Neftçi” stadionda məşq keçdi və heç bir problem baş vermədi. Eləcə də oyunda problemlər gözləməyə dəyməz. Təhlükəsizliklə bağlı bütün suallar nəzərə alınacaq. Biz klubların Lənkəranda oynamamaq və Bakıya qayıtmaq qərarına müdaxilə edə bilmərik. “Neftçi”yə onların fanatlarının hərəkətlərini xatırlatmaq istərdik. “Bakcell Arena”da son oyunda “Xəzər Lənkəran” avtobusunun altına iki bombacıq atmışdılar. Partlayışdan kar olmaq olardı”.
