9 fevral 2014 11:22
Lənkəranda Neftçinin avtobusuna hücum çəkdilər
Bu gün Lənkəranda TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında “Böyük oyun” baş tutacaq. Azerisport.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib azarkeşlər klub avtobusuna hücum çəkərək, avtobusun şüşələrini sındırıb.
Hadisə gecə saatlarında baş verib.
