9 fevral 2014 11:11

Skarduelli Vanderson: Neftçi ilə matç artıq tarixi derbi sayılır

“Xəzər Lənkəran”ın futbolçusu Skarduelli Vanderson azerisport.az saytına müsahibəsində Neftçi ilə oyundan, Mustafa Dənizlinin təyinatından və komandanın hədəflərindən danışıb:

- “Qarabağ” üzərində qələbədən sonra “Xəzər Lənkəran”a olan inam artıb...
- Qarabağla matç həm çətin, həm də məsuliyyətli idi. Qış fasiləsindən sonra ilk oyun hər zaman çətin olur. Üstəlik, nəzərə alsaq ki, “Qarabağ” çempionatın lideridir. Bu komandanın futbolçuları top saxlaya bilir, dinamik oyunda hərəkətli hücumlar qurur. Rəqibin də çoxlu sayda qol vəziyyətləri oldu. Biz şanslardan daha yaxşı istifadə etdik və qələbə qazandıq. Fasilədən sonra çempionatın lideri üzərində qələbə bizləri sevindirməyə bilməz.

- Bu qələbə, “Neftçi” ilə oyuna hazırlaşmağa kömək olacaq?
- “Xəzər Lənkəran” - “Neftçi” artıq tarixi derbi sayılır. Braziliyada da belə güclü və iddialı rəqiblərin dueli böyük maraqla izlənilir. Bu oyunlar azarkeşlərin diqqətində olur. Belə matçlar nə qədər çox olsa bir o qədər futbol üçün yaxşı haldır. Görüşün əhəmiyyəti barədə danışmaq artıqdır. Biz bu oyunun nə qədər vacib olduğunu gözəl anlayırıq. Komanda böyük həvəslə oyuna hazırlaşır. İstərdik azarkeşlərimizi sevindirək. Oyunda nə olacağını təxmin etmək çətindir.

- “Neftçi”nin heyətində hansı futbolçunu fərqləndirmək olar?
- Rəqibin formalaşan və yaxşı futbolçulardan ibarət heyəti var. Komandanın əksər futbolçuları bir neçə ildir bir yerdə oynayır. Hansı isə futbolçunun adını çəkmək istəməzdim. Çünki, bütün heyət yaxşı oynayır. Onlar komanda oyunu nümayiş etdirir. 

- Bu görüşdə “Xəzər Lənkəran”ı heç-heçə qane edəcək?
- Doğma meydanda oynayanda heç-heçə barədə düşünmürük. İstənilən rəqiblə matç Lənkəranda keçirilirsə məqsəd qələbə qazanmaqdır. Doğma meydanda yalnız qələbə bizi razı sala bilər. Digər məqam oyunda nə olacağını heç kim əvvəlcədən söyləyə bilməz. Bəlkə oyundan sonra biz heç-heçə haqda danışdıq. Matç qazana bildiyimiz nəticəni üzə çıxaracaq. “Neftçi” ilə istənilən görüşdə hədəf yalnız qələbə olur.

- Derbidə qazanılan qələbə “Xəzər Lənkəran”ı medallar uğrunda mübarizəyə yaxınlaşdıra bilərmi?
- Oyun ərəfəsində nəticə barədə danışmaq istəməzdim. Əvvəlcə qələbəni qazanmaq lazımdır, sonra turnir cədvəlinə baxmaq. Bu gün “Xəzər Lənkəran” yarış cədvəlində irəliləmək istəyir. Derbidəki qələbə mövqeyimizi yaxşılaşdıra bilər. Sonda hansı yer uğrunda mübarizəyə başlayacağını söyləmək çətindir. Komandamız sona qədər yarışacaq və meydana yalnız qələbə üçün çıxacaq. 

- Mustafa Dənizlinin komandaya gəlişi nəyi dəyişdi?
- Əvvəlki məşqçilərimizin haqqını itirmək istəməzdim. Komandada çalışan hər bir məşqçi uğur qazanmaq istəyib və komandanı nəyəsə öyrədib. Digər tərəfdən son oyunlardakı nəticələr məşqçimizin bizimlə işinin bəhrəsidir. Dənizli “Xəzər Lənkəran” fəlsəfəsinə daha yaxşı mütəxəssisdir. Qarabağla görüşdə qələbə, qış fasiləsindən əvvəlki oyunlarda inamlı oyun Mustafa Dənizlinin məşqlərinin uğurudur. Ümid edirik tezliklə daha yaxşı oynayacağıq.

- Böyükağa Hacıyev deyib ki, “Xəzər Lənkəran” “Neftçi” ilə mübarizə apara bilməz. Çünki, onlar çempionluğa oynayır, siz isə liderlərdən uzaqsınız...
- Hər bir insanın fikri var. Bütün fikirlərə hörmətlə yanaşmaq lazımdır. İcazənizlə bu fikrə münasibət bildirməyəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.