9 fevral 2014 20:33
Ramaldanovun sümüyü çatlayıb
TPL-in 20-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” oyununda (2:2) birinci hissənin ortalarında “gəmiqayıranlar”ın müdafiəçisi Rasim Ramaldanovun erkən əvəzlənməsinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, futbolçunun çanaq sümüyü çatlayıb.
Ramaldanov demək olar ki, dərhal Bakıya göndərilib. Futbolçu burada maqnit-rezonans tomoqrafiyası müayinəsi keçəcək.
