9 fevral 2014 19:33
Adrian Skarlatake: Belə oyunla qalib də gələ bilərdik
“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunla (2:2) bağlı fikirlərini bildirib:
“Yaxşı oynayırdıq və məğlubiyyətə layiq deyildik. Belə oyunla qalib də gələ bilərdik. Şadam ki, hesabı bərabərləşdirə bildik. Yaxşı oyun alındı”.
