9 fevral 2014 19:00
Tahir Süleymanov: Bu gün Neftçi qalib gəldi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunla (2:2) bağlı fikirlərini bildirib:
“Neftçi” yenidən öz gücünü göstərdi. “Xəzər Lənkəran” belə dəstəklə hər il avrokubokun qrup mərhələsində oynamalıdır. Hakimliyə gəlincə, Rəhim Həsənovun bu oyunda nə etdiyini bilmirəm. Ancaq bu gün biz qalib gəldik. Hakimliyi nəzərə almasaq, onda belə oyundan Azərbaycan futbolu qazanır”.
