9 fevral 2014 18:33
Mustafa Dənizli: İki xal itirdiyimizi və ya bir xal qazandığımızı demək çətindir
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyundan (2:2) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“İki xal itirdiyimizi və ya bir xal qazandığımızı demək çətindir. İki dəfə necə qol buraxdığımızı izah edə bilmirəm. Çətim görüş idi. Şəxsən mənim üçün, bu, Azərbaycanda ilk “Böyük oyun” idi. Ancaq hesab edirəm ki, hər şey elə də pis deyil ki, 0:2 hesabı ilə geridə olub hesabı bərabərləşdirə bildik. Bizə birinci qolu vurmaq vacib idi”.
