9 fevral 2014 18:28
Böyükağa Hacıyev: Hakim bacarsaydı, Neftçinin bütün oyunçularını qovardı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyundan (2:2) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Heç nə demək istəmirəm. Belə oyunlar haqda danışmırlar. Təəssüf ki, yenə “Böyük oyun” olmadı, adi oyun idi. Təəssüf ki, Rəhim Həsənov bizdən üç xalı qopardı. O, bacarsaydı, “Neftçi”nin bütün oyunçularını meydandan qovardı”.
