9 fevral 2014 17:50
Xəzər Lənkəran azarkeşləri ilə polis arasında qarşıdurma baş verdi
TPL-in 20-ci turu çərçivəsində Lənkəranda yerli “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilən “Böyük oyunda “gəmiqayıranlar”ın azarkeşləri ilə polis arasında xoşagəlməz hal yaşanıb. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” bəzi azarkeşləri “Flaqman”ın qapıçısı Saşa Stamenkoviçin zədələnib yerdə qalmasını vaxt uzatması kimi qiymətləndirərək tribunadan oturacaqları qoparıb meydana atıblar.
Polis hadisəyə müdaxilə edərək qəzəbli azarkeşləri sakitləşdirməyə çalışıb. Bununla belə, azarkeşləri hisslərinin cilovlaya bilmir.
