9 fevral 2014 17:40
Milinko Pantiç: Qalib gəldiyimiz üçün çox şadam
TPL-in 20-ci turu çərçivəsində keçirilmiş “Simurq” - “Bakı” oyundan (0:1) sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Qalib gəldiyimiz üçün çox şadam. Çox az komanda “Simurq”la səfər oyununda qələbə qazana bilir. İkinci hissə bizim üçün çox çətin oldu. Qapımıza hücumlar çox oldu. Oyunçularımızın birliyi ilə bu hücumların qarşısını aldıq”.
(PFL)
