9 fevral 2014 17:33
Giorgi Çixradze: Heç-heçə ədalətli nəticə olardı
TPL-in 20-ci turu çərçivəsində keçirilmiş “Simurq” - “Bakı” oyundan (0:1) sonra “Simurq”un baş məşqçisi Giorgi Çixradze oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Nəticəyə görə məğlub tərəfik, lakin oyuna baxdıqda heç-heçə ədalətli nəticə olardı. İlk hissədə səhvimizdən qapımızda qol gördük. İkinci hissədə hücumları artırdıq, qol epizodları yaratdıq. Lakin lazım olan qolları vura bilmədik”.
(PFL)
