9 fevral 2014 17:05
Xəzər Lənkəran azarkeşləri ilə Mahir Şükürov arasında xoşagəlməz hal yaşandı
TPL-in 20-ci turu çərçivəsində Lənkəranda yerli “Xəzər Lənkəran” və “Neftçi” arasında hazırda davam edən oyunun əvvəllərində “gəmiqayıranlar”ın azarkeşləri ilə “Flaqman”ın futbolçusu Mahir Şükürov arasında xoşagəlməz hal yaşanıb. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” azarkeşləri Mahir Şükürovun ünvanına öz xoşagəlməz hisslərini təhqiredici ifadələrlə bildiriblər.
Cavabında “Neftçi”nin futbolçusu azarkeşlərə orta barmağını göstərib.
Xatırladaq ki, hazırda oyunda ikinci hissə gedir və hesab 1:0 “Neftçi”nin xeyrinədir.
