9 fevral 2014 13:55
Cavid İmamverdiyev: Əgər biz öz oyunumuzu oynasaq, Lənkəranda 4-5 qol vurarıq
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev azerisport.az saytına müsahibəsində TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçiriləcək “Böyük oyun”dan danışıb:
- Komanda “Böyük oyun”a hazırdır?
- Biz ili “Simurq” üzərində qələbə ilə uğurlu başladıq. Bundan yaranmış ab-hava yaxşıdır. Komanda “Xəzər Lənkəran” üzərində qələbəyə hazırdır.

- Yeri gəlmişkən, siz son oyunda ikinci hissədə meydana çıxaraq qol vura bildiniz. Yəqin ki, indi ilk dəqiqələrdən meydana çıxmağınızı gözləyəcəksiniz?
- İlk dəqiqələrdən ya oyunun gedişində meydana çıxsam da, istənilən halda mən qarşımda faydalı olmaq məqsədi qoyuram. Mən ikinci hissədə də meydana çıxmağa hazıram. Təki, daha çox faydalı olum. Düzü, əlbəttə, ilk dəqiqələrdən oynamaq istəyirəm. Hər bir futbolçu start heyətində meydana çıxmaq istəyini sizə deyə bilər. Ancaq məşqçinin işlərinə qarışa bilmərəm. O, necə desə, elə də edəcəyəm.

- İli qələbə ilə başlayan və “Simurq”dan daha güclü komandanı məğlub etmiş rəqibiniz haqda nə deyə bilərsiniz?
- Mən onların “Qarabağ”a qarşı oyununa baxmışam. Ancaq bu, məni zərrə qədər də maraqlandırmır. Əgər biz öz oyunumuzu oynasaq, Lənkəranda 4-5 qol vurarıq.

- Hətta belə?
- Təkrar edirəm, indi komandamızda elə ab-hava var ki, istənilən rəqibə qarşı oynaya bilərik. Gücümüz kifayət qədərdir, yaxşı hazırıq. Nə üçün öz futbolumuzu göstərməyək? Qarşıdakı oyun ilk növbədə yarış cədvəli nöqteyi-nəzərindən çox vacibdir. Üç xal götürmək lazımdır.

- Dünən “Qarabağ” lider “Qəbələ”ni məğlub etdi və liderliyə qayıtdı.
- Bəli və bu, bizə sərf edir. Lənkəranda qələbə bizi lider edəcək. Bizim yerimiz oradır.

- Sizə “Qəbələ”nin qələbəsi münasib olmazdımı? Bu, iki komandaya ağdamlılardan aralanmaq imkanı verərdi. Axı bu, son tur deyil...
- Birinci yerə qayıdaq və Allah qoysa, son tura qədər bu yeri heç kimə verməyəcəyik. Mənim üçün kimlə mübarizə aparmağın fərqi yoxdur. Əsası, qələbə qazanmaqdır. Rəqiblər isə özləri ələnəcək.