9 fevral 2014 13:22
Abışovsuz Rubin qələbə qazandı
Millimizin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” İspaniya toplanışı çərçivəsində keçirilən “Diamonds Cup” turnirinin ikinci oyununda Rumıniyanın ÇFR (Kluj) komandasını 2:1 hesabı ilə məğlub edib. Azerisport.az xəbər verir ki, Ruslan Abışov bu oyunda iştirak etməyib.
Xatırladaq ki, “Rubin” ilk oyunda Bolqarıstanın “Lyubimets” komandasını məğlub etmişdi (3:0).
