9 fevral 2014 01:00
Böyük oyunu Xəzər Lənkəran qazanacaq
TPL-in 20-ci turu çərçivəsində keçiriləcək “Böyük oyun”un qalibi “Xəzər Lənkəran” olacaq. Azerisport.az saytının sorğusunun iştirakçıları qələbəni böyük ehtimalla “gəmiqayıranlar”ın xeyrinə təxmin ediblər.
36% sorğu iştirakçısı “Böyük oyun”u “Flaqman”ın, 55% isə cənub klubunun qazanacağını düşünür. 9% isə sülhü təxmin edib.
