8 fevral 2014 00:44
Rusiya yığmasının baş məşqçisi: Azərbaycanda da bizdəki vəziyyətdir
Futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç komandasında milliləşdirilmiş oyunçularla bağlı sualı cavablayıb. Azerisport.az xəbər verir ki, Skoroviç bunları söyləyib:
“Finalda italyanlarla qarşılaşacağıq. Orada milliləşdirilmə ilə bağlı sual yoxdur. İtaliya vətəndaşları öz ölkələri üçün oynayır. Eyni vəziyyət Portuqaliya, Azərbaycan və digər ölkələrdədir. Komandamızda hamı rusca danışır. Şəxsi həyatım haqda danışım? Onlar rus qızları ilə evlənir və daimi burada yaşayırlar. Onların uşaqları portuqalca deyil, rusca danışır. Bizim futbolçular Braziliya yığmasında iştirakdan imtina ediblər. Ancaq uşaqlıqda onlardan hər biri Braziliya yığmasında oynamağı arzulayıb. Ancaq onlar Rusiya vətəndaşlığını düşünərək alıblar”.
(Sovetskiy sport)
