8 fevral 2014 00:28

Liderləri üz-üzə qoyan Böyük tur

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun 3 görüşü ilk, qalan qarşılaşmaları isə ikinci oyun günündə baş tutacaq. 
Tur Qəbələdə start götürəcək. 20-ci turun mərkəzi oyununda yerli “Qəbələ” ilə Ağdam “Qarabağ”ının mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması baxımından çox əhəmiyyətlidi. Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin vahid lideri oldu. Ötən tur “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal itirməsini gözləməlidi. 
Komandaların qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdi. 10 dəfə rəqibini məğlub edən ağdamlılar 7 dəfə xalları bərabər bölüb. 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla tərk edib. Qeyd edək ki, “Qəbələ” artıq 5 oyundu ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna keçən ilki ev oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir. 
Bu mövsüm mütəmadi baş məşqçi dəyişikliyinə əl atsa da, hələ də özünə gələ bilməyən “Rəvan” “Bayıl Arena”da “İnter”i qəbul edəcək. Azərbaycan çempionatları tarixində buna qədər altı dəfə qarşılaşan komandaların duelində “İnter” aşkar üstünlüyə malikdi. Kaxaber Sxadadzenin yetirmələri görüşlərin hamısında rəqibini məğlub etməyi bacarıb. Ümumilikdə qapısından 4 qol buraxan “İnter” rəqibi 15 dəfə meydanın mərkəzinə dəvət edib. 
Qeyd edək ki, son turda digər paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşan “Rəvan” rəqibinə 1:5 hesabı ilə uduzub. Qış fasiləsində komandaya təyin olunan yeni baş məşqçi Güvenc Kurtar heyətə bir neçə yeni futbolçu cəlb etsə də, bu, hələ ki, bəhrəsini verməyib. “Rəvan” bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyib (5 bərabərlik, 4 məğlubiyyət). Bundan başqa komanda ev oyunlarında cəmi 4 dəfə rəqibi məyus edə bilib. Mövsümə uğursuz start verən “İnter” isə ötən tur AZAL-ı məğlub etdi – 2:1. Liderlər qrupu ilə arasındakı xal fərqini qorumaq üçün “İnter”in səfər oyunundan qələbə ilə qayıtması vacibdi. Buna qədər keçirdiyi 8 səfər oyununda 15 xal yığan “İnter” 5 qələbə və 3 məğlubiyyətlə Topaz Premyer Liqasının ən yaxşı üçüncü səfər komandasıdı. 14 dəfə rəqib qapıçılarını məğlub edən paytaxt klubu 9 dəfə öz qapısında qol görüb. Bu tur hər iki komandanın heyətində cəzalı futbolçular var. Mişel Balokoq (“Rəvan”) və Baçana Sxadadze (“İnter”) paytaxt derbisində komandalarına kömək edə bilməyəcəklər. 
AZAL doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Buna qədər baş tutmuş 10 qarşılaşmadan 4-də paytaxt təmsilçisi, 2-də isə “gənclik şəhəri”nin təmsilçiləri qalib gəlib. Qalan 4 oyunda qalib müəyyən olunmayıb. "Təyyarəçilər" öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi 4 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 1 heç-heçə. Aralarındakı son 4 qarşılaşmada isə “təyyarəçilər” qapısının toxunulmazlığını da saxlaya bilib. Qeyd edək ki, AZAL bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun 4-də qalib gəlib, 3-də isə məğlub olub. İki oyunda isə heç-heçə qeydə alınıb. 10 dəfə rəqibləri məyus edən AZAL 11 dəfə qapısında qol görüb. Son turda “İnter”ə bir top fərqi ilə uduzan AZAL “Sumqayıt”la oyunun favoriti sayıla bilər. Lakin bu oyunda AZAL əsas futbolçusu Con Olureminin xidmətindən yararlana bilməyəcək. Sarı vərəqə cəzalısı olan amerikalı futbolçu bu mövsüm komandasının 4 qolunu vurub. Cəza müddəti başa çatan qapıçı Ruslan Məcidovun əsas heyətdə yer alması gözlənilir. Qış fasiləsində heyətində bir çox dəyişikliklər edən “Sumqayıt”da AZAL-la oyunöncəsi bir itki var. Müdafiəçi Vurğun Hüseynov da Con Oluremi kimi sarı vərəqə cəzalısı olduğundan komandasına kömək edə bilməyəcək. Əvəzində komandanın kapitanı Samir Abasov cəza müddətini başa vurub. Topaz Premyer Liqasının 4-cü turundan “qara zolağa” düşən sumqayıtlılar artıq 16 turdu ki, 3 xala həsrətdi. Bu mövsüm, hələ ki, ilk və son qələbəsini ev oyununda “Qəbələ”ni məğlub etməklə qazanan Aqil Məmmədovun yetirmələri 4-cü turda AZAL-a 0:1 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan cəmi 3 oyunda heç-heçə edən “Sumqayıt” digər bütün qarşılaşmalarda meydanı xalsız tərk edib. 
“Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq. Qış fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını ayıran bakılılar, yalnız 1-ci divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu heyətinə cəlb edib. Qeyd edək ki, Topaz Premyer Liqasının ikinci yarısını “Simurq”da çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandı. Bu komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə başa çatıb. Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına təsadüf edir. Turnir cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5:1 hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0:3 hesabı ilə uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev oyunlarında qazanıb – 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt” və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadır – 9 oyunda 8 xal (2 qələbə, 2 heç-heçə).  
Topaz Premyer Liqasının 20-ci turunun daha bir maraqlı oyunu isə Lənkəranda baş tutacaq. Bu il 10 illik yubileyini qeyd edən “Xəzər Lənkəran” doğma azarkeşləri önündə son çempion “Neftçi”ni qəbul edəcək. Buna qədər baş tutan “Böyük oyun”larda bakılıların üstünlüyü nəzərə çarpır – 9 qələbə. Oyunların 7-də Lənkəran təmsilçisi qalib, 11 dəfə isə heç-heçə qeydə alınıb. Bu üstünlüyə baxmayaraq, “Neftçi” 7 ildir ki, səfərdə “Xəzər Lənkəran”a qalib gələ bilmir. “Ağ-qaralar” sonuncu dəfə 2007-ci ilin noyabrında “fırtınalar meydanı”ndan 3 xal aparıb. Bu mövsüm Topaz Premyer Liqasında “Xəzər Lənkəran” doğma meydanda keçirdiyi 9 oyundan yalnız 3-də qələbə qazanıb. Səfər oyunlarında cəmi 11 xal yığan “Neftçi” 3 qələbəyə və 2 heç-heçəyə sevinib. 
Topaz Premyer Liqasının ikinci dövrəsinə “Qarabağ” üzərindəki minimal hesablı səfər qələbəsi ilə start verən “Xəzər Lənkəran” prinsipial rəqibi ilə oyunda iki oyunçunun xidmətindən yararlana bilməyəcək – Slavik Alxasov və Elnur Abdullayev cəzalı olduqları üçün bu oyunu kənardan izləyəcəklər. “Neftçi”dən isə Elvin Yunuszadə və Ruslan Qurbanov eyni səbəbdən komandalarına kömək edə bilməyəcəklər. Cəzası başa çatan Mahir Şükürov isə şans veriləcəyi təqdirdə meydana çıxacaq.
Topaz Premyer Liqası
20-ci tur
8 fevral (şənbə)
 
14:30. Qəbələ – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu.
 
15:00. Rəvan – İnter
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. "Bayıl Arena".
 
15:00. AZAL – Sumqayıt
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Rahil Ramazanov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "AZAL Arena"
 
9 fevral (bazar)
 
15:00. Simurq – Bakı
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Zaqatala şəhər stadionu.
 
16:00. Xəzər Lənkəran – Neftçi
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
1 Qəbələ 19 12 2 5 30 16 +14 38
2 Nefçi 19 11 4 4 30 19 +11 37
3 Qarabağ 19 10 6 3 31 12 +19 36
4 İnter 19 9 3 7 29 22 +7 30
5 Bakı 19 9 3 7 34 22 +12 30
6 XL 19 6 7 6 17 24 –7 25
7 Simurq 19 6 7 6 19 17 +2 25
8 AZAL 19 6 6 7 18 25 –7 24
9 Rəvan 19 1 6 12 10 37 –27 9
10 Sumqayıt 19 1 4 14 11 35 –24 7
Bombardirlər:
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Simurq), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ).
6 - Əfran İsmayılov (Bakı), Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.