8 fevral 2014 12:00
Cavid İmamverdiyev: Neftçi Lənkəranda qələbə qazana bilər
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun barədə fikirlərini bildirib:
“Bizi çətin oyun gözləyir. Lənkəranda oynamağımız tapşırığımızı çətinləşdirir. Ancaq biz qələbəyə oynayacağıq. Hesab edirəm ki, son vaxtlar rəqibin artırmasına baxmayaraq, qələbə qazana bilərik”.
