8 fevral 2014 18:11
Aqil Məmmədov: Qapımıza vurulan qollarda səhvlərimiz oldu
TPL-in 20-ci turu çərçivəsində AZAL və “Sumqayıt” komandaları arasında keçirilmiş oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyun haqda fikirlərini bölüşüb. Azrisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Komandanın göstərdiyi oyun məni qane etsə də, nəticədən narazı qaldım. Qələbə qazanmaq üçün oynayırdıq. Qapımıza vurulan qollarda səhvlərimiz oldu. Buna baxmyaraq, komanda qalib gəlmək üçün əlindən gələni etdi”.
(PFL)
