8 fevral 2014 17:44
Güvənc Kurtar: Hakim mübahisəli vəziyyətlərdə İnterin lehinə qərarlar verirdi
TPL-in 20-ci turu çərçivəsində “Rəvan” və “İnter” komandaları arasında keçirilmiş oyunundan sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar oyun haqda fikirlərini bölüşüb. Azrisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq. Qapı dirəyinə tuş gələn zərbəmiz oldu. Hakimin qəribə qərarları var idi. Topa oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə “İnter”in lehinə qərarlar verirdi. Qələbə qazanmağı çox istəyirdik. Bu cür məğlubiyyət üzücüdür, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi planlarımızı pozdu”.
(PFL)
