8 fevral 2014 14:33
"Böyük oyun"a 10 min bilet satılıb
“Böyük oyun”un keçiriləcəyi Lənkəran Şəhər stadionunun ot örtüyü qardan tamamilə təmizlənib. Azerisport.az xəbər verir ki, bu gün 16:00-da “Neftçi” “Böyük oyun”a hazırlıq məşqinə çıxacaq.
“Xəzər Lənkəran” komandası isə qazonun vəziyyətini qorumaq üçün məşqini ehtiyat meydanda keçirəcək.
Biletlərə gəlincə, qeyd edək ki, “Böyük oyun”a 10 minə yaxın bilet satılıb.
