8 fevral 2014 14:22
"Mərkəzi görüşdə və Böyük oyunda sülh olacaq"
Futbol mütəxəssisi Arif Əsədov TPL-in 20-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytına bildirib:
“Qəbələ” - “Qarabağ”
Bizdə “Böyük oyun”u “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşmasına şamil edirlər. Ancaq yarış cədvəli baxımından məhz “Qəbələ” - “Qarabağ” görüşü “Böyük oyun”dur. Ötən tur ağdamlılar məğlub olub və bu dəfə onlar üç xalı əldə etməyə qətiyyətlə hazır olacaqlar. Özü də “Qarabağ” səfərdə həmişə “Qəbələ”yə qarşı yaxşı oynayıb. Ancaq ”radarlar” da qələbəyə can atacaqlar. Buna görə də heç-heçə təxmin edirəm.

AZAL - “Sumqayıt”
Əlbəttə, qonaqların uğura şansları çoxdur. Məlum olduğu kimi “Sumqayıt”ın heyətində bəzi dəyişiklər olub. Buna görə də onların oyununda problemlər özünü göstərir. Çətin ki “təyyarəçilər” bu imkanı qaçırsınlar. AZAL qalib gələcək.

“Rəvan” - “İnter”
Ötən tur “Bakı”ya məğlubiyyətdən (1:5) sonra “Rəvan”ın bu oyuna necə yanaşacağını demək çətindir. Əlbəttə, yeni baş məşqçi həmişə komandanı ruhlandırır. Yəqin ki, onun özü də Azərbaycanda ilk qələbəsini qazanmaq istəyir.Düşünürəm ki, oyun asan olmayacaq, ancaq “İnter” öz şounu deyə biləcək.

“Simurq” - “Bakı”
“Bakı” ili özünün məğlubiyyətsizlik seriyasına davamla başladı və lap yəqin ki, bu seriyanı davam etdirmək istəyəcək. Özü də Zaqatalada asan olmayacaq. Əgər “Simurq”un heyətində Mindauqas Kalonas meydana çıxsa, bakılılara heç də asan olmayacaq (mövsümün ilk yarısında “Bakı”nın ən sərrast oyunçusu). Ancaq ümumilikdə hesab edirəm ki, heç-heçə olacaq.

“Xəzər Lənkəran” - “Neftçi”
Mən bu oyunu “Böyük oyun” kimi qiymətləndirmirəm. Daha çox prinsipial rəqiblərin qarşılaşmasıdır. İndi yarış cədvəlində bu komandalar arasında böyük fərq var. Biri çempionluq uğrunda mübarizə aparırsa, digəri avrokuboklar zonasına düşməyə çalışır. Ancaq mən təxmin edirəm ki, oyun həmişəki kimi gərgin keçəcək və biz heç-heçə görəcəyik.