7 fevral 2014 00:55
Mustafa Dənizli: Bu görüşün Xəzər Lənkəran azarkeşləri üçün nə qədər əhəmiyyətli olduğu bizlərə məlumdur
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli azerisport.az saytına açıqlamasında səhhətində yaranan problem eləcə də Neftçi ilə oyun haqda danışıb:
"İlk öncə səhhətimin normal olduğunu demək istərdim. Şükürlər olsun ki, hər şey yaxşıdır. Komanda ilə birgə növbəti tura hazırlaşırıq. Qarabağ üzərində qələbənin davamını gətirmək istərdik. “Neftçi” ilə matçın çətin və əhəmiyyətli olması sirr deyil. Bu görüşün “Xəzər Lənkəran” azarkeşləri üçün nə qədər əhəmiyyətli olduğu bizlərə məlumdur. Azarkeşləri sevindirməyə çalışacağıq".
