7 fevral 2014 12:22
Elnur Məmmədov UEFA-nın tədbirində iştirak edəcək
Bu gün Belçikanın Antverpen şəhərində UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın qeyd olunan komitəsinin üzvü Elnur Məmmədov tədbirdə iştirak edəcək.
Bundan əlavə, Komitə üzvləri futzal üzrə Avropa çempionatının yarımfinal və final oyunlarını izləyəcəklər.
(AFAA)
