7 fevral 2014 11:39
Azərbaycan yığması Rusiya ilə yoxlama oyunu keçirəcək
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 8-dən 16-a qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamızın yoldaşlıq oyunları keçirməsi nəzərdə tutulub.
Artıq rəqiblərdən biri məlumdu. Belə ki, yığmamız ayın 12-də Rusiya seçməsi ilə yoxlama matçı keçirəcək.
