7 fevral 2014 15:33
Kurtar iki legionerdən imtina etdi
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar iki legionerin xidmətindən imtina edib. Azerisport.az xəbər verir ki, Türkiyə toplanışı zamanı Kurtar argentinalı Kristian Torresin xidmətindən futbolçunun idman formasının qeyri-qənaətbəxş olması səbəbi ilə imtina edib və yarımmüdafiəçi azad agent kimi komandanı tərk edib.
Bu həftə isə eyni statusla komandanı daha bir futbolçu, slovakiyalı İvan Pexa tərk edəcək.
“Slovak klubun iddialarına cavab vermir”, belə bir fikirlə futbolçu ilə klub yollarını ayıracaq.
