7 fevral 2014 14:00
Əli Gökdəmir: Kubok bizim üçün elə də vacib deyil
Millimizin və “Elazığspor”un müdafiəçisi Əli Gökdəmir Türkiyə Kubokunun “B” qrupunun 5-ci turunda “Antalyaspor”a məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, Gökdəmir Türkiyə KİV-nə bunları söyləyib:
“Biz oyuna yaxşı başladıq. Bu mövsüm Kubok bizim üçün elə də vacib deyil. Hazırda çempionatdakı vəziyyəti düzəltmək əsasdır. Qarşıda “Kayserispor”la oyun var. Onlara qalib gəlməliyik”.
Qeyd edək ki, Gökdəmirin komandası Kubok mübarizəsində qrupda “Qalatasaray” və “Tokatspor”la rəqabət aparır və beş xalla üçüncü pillədə qərarlaşıb.
