7 fevral 2014 13:55

Böyükağa Hacıyev: Xəzər Lənkəran çempionluğa oynasaydı, Dənizli ilə rəqabət aparmaq olardı

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində böyük oyundan, Mustafa Dənizlidən, “Xəzər Lənkəran”ın və “Neftçi”nin qələbə şanslarından danışıb:

- “Xəzər Lənkəran”la oyuna hazırlıq hansı səviyyədədir?
- Neftçidə gözəl atmosfer var. Rəhbərliklə futbolçular arasında heç bir anlaşılmazlıq yoxdur. Komanda adi qaydada “Böyük oyun”a hazırlaşır. Fikrimcə, bu, adi çempionat matçıdır. Fövqəladə heç bir şey yoxdur. Hər zaman olduğu kimi komandamız qələbə qazanmağa çalışacaq. “Neftçi” hər bir oyuna qələbə üçün çıxır.

- “Neftçi”nin şanslarını necə qiymətləndirisiniz?
- Şanslar bərabərdir. Çempion olmaq istəyiriksə, hər bir görüşdə qələbə qazanmalıyıq. Rəqibə hörmətlə yanaşırıq. Bununla belə, azarkeşlərimizi sevindirməyə borcluyuq. “Xəzər Lənkəran”da dəyişiklik göz qabağındadır. Fasilədən sonra daha yaxşı oynayırlar. “Böyük oyun”da hər iki komanda layiqli oyun nümayiş etdirməyə çalışacaq. İstərdim ki, güclü olan qalib gəlsin.

- “Böyük oyun”un nəticəsi nəyi dəyişəcək?
- Növbəti tur “Qəbələ” “Qarabağ”ı qəbul edir. “Neftçi” “Xəzər Lənkəran”ın qonağıdır. Turnir cədvəlində lider dəyişə bilər. Və ya əksinə lider mövqeyini möhkəmlədə bilər. Sözsüz, indiki halda liderlik heç nəyi həll etmir. Qarşıda 17 tur var. Əsas sonda lider olmaqdır. Bununla belə, hər komanda birinci pilləyə yüksəlməyə çalışır. Liderlik baxımından, “Böyük oyun”un önəmi böyükdür.

- “Neftçi”də görüşün taleyini həll edəcək futbolçu var?
- Bizim komandada hər bir futbolçu görüşün taleyini həll edə bilər. Flavinyo, Rəşad Sadiqov, Araz, Nfor, Mahir Şükürov, Kardoso və digərləri. Sadiqovu bağlasalar, Flavinyo oyunu üzərinə götürəcək. Flavinyonu bağlasalar, Kardoso planlarını dağıtmağa çalışacaq. 

- Bu oyunda qazanılan 3 xalı 6 xal kimi dəyərləndirmək olar?
- Bizim üçün 6 xal uğrunda mübarizə olacaq. Rəqib üçün 3 xal. Çünki, onlar liderlikdən çox uzaqdır. Futbolçuların istəyi və bacarığı çox şeyi həll edəcək. Məğlubiyyət faciə sayılmamalıdır. Bu adi çempionat görüşüdür. Lakin etiraf edim ki, heç-heçə olmasını istəməzdim. Biz, tərəflərdən birinin qalib olmasını istəyirik. Rəqib isə heç-heçəyə oynaya bilər. Belə olsa, heç təəccüblənmərəm.

- “Neftçi” uzun müddətdir “Qarabağ”ı məğlub edə bilmir. “Xəzər Lənkəran” isə “Qarabağ”ı məğlub etdi...
- Hər komandanın öz oyunu, baş məşqçisi var. Fikrimcə, bu oyunda hər şeyi məşqçi işi həll edəcək. Kim daha uğurlu taktika seçərsə, o da qazanacaq. Digər vacib məqam, ifaçılardır. Yəni, futbolçular çəkinməyərək tapşırılan işi yerinə yetirməlidir.

- Mətbuat oyunu Sizinlə Dənizli arasında duel kimi qiymətləndirib...
- Allahdan Mustafa Dənizliyə şəfa diləyirəm. Böyük təcrübəyə malikdir. Eyni zamanda böyük komandalarda işləyib. “Böyük oyun”da komandasının yanında olmasını istərdim. Bu oyunu duel kimi qiymətləndirmək yanlış fikirdir. “Neftçi” çempionluğa oynayır, “Xəzər Lənkəran” isə bizdən çox uzaqdır. Əgər hər ikimiz çempionluğa oynasaydıq, onda rəqabət aparmaq maraqlı olardı.

- İkinci dəfə “Neftçi”yə baş məşqçi kimi qayıdış sizə nəyi öyrətdi?
- İkinci dəfə qayıdış məşqçilər korpusunu daha yaxşı tanımağa kömək etdi. Həm əvvəlkiləri, həm indikiləri. Çalışıram həm meydanda, həm də həmkarlarım arasında daha əvvəlki səhvləri təkrarlamayım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.