6 fevral 2014 12:12

Qəbələ - Qarabağ - Liderlərin qarşıdurma tarixçəsi

Topaz Premyer Liqasının 20-ci turunun mərkəzi oyunu Qəbələ keçiriləcək. Azerisport.az xəbər verir ki, yerli “Qəbələ” ilə Ağdam “Qarabağ”ının mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin vahid lideri oldu. Ötən tur “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal itirməsini gözləməlidir.

20.08.2006

Gilan (Qəbələ) - Qarabağ (Ağdam)

0:2

22.02.2007

Qarabağ (Ağdam) - Gilan (Qəbələ)

3:2

06.10.2007

Qəbələ - Qarabağ (Ağdam)

1:2

13.04.2008

Qarabağ (Ağdam) - Qəbələ

2:1

20.09.2008

Qəbələ - Qarabağ (Ağdam)

1:2

15.03.2009

Qarabağ (Ağdam) - Qəbələ

0:0

23.09.2009

Qarabağ (Ağdam) - Qəbələ

0:0

06.12.2009

Qəbələ - Qarabağ (Ağdam)

1:1

21.03.2010

Qəbələ - Qarabağ (Ağdam)

3:1

24.04.2010

Qarabağ (Ağdam) - Qəbələ

1:1

25.09.2010

Qəbələ - Qarabağ (Ağdam)

2:1

13.02.2011

Qarabağ (Ağdam) - Qəbələ

3:0

27.08.2011

Qarabağ (Ağdam) - Qəbələ

0:1

21.12.2011

Qəbələ - Qarabağ (Ağdam)

0:0

18.03.2012

Qarabağ (Ağdam) - Qəbələ

1:1

14.04.2012

Qəbələ - Qarabağ (Ağdam)

1:0

31.10.2012

Qarabağ (Ağdam) - Qəbələ

1:2

10.02.2013

Qəbələ - Qarabağ (Ağdam)

1:1

30.03.2013

Qarabağ (Ağdam) - Qəbələ

1:0

28.04.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:2

25.08.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:1

03.11.2013

Qarabağ (Ağdam) - Qəbələ

4:3

Komandaların qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdir. 10 dəfə rəqibini məğlub edən ağdamlılar, 7 dəfə xalları bərabər bölüb. 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla tərk edib. Qeyd edək ki, “Qəbələ” artıq 5 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna keçən ilki ev oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir.

(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.