6 fevral 2014 11:44
Bakcell U-14 Elit Kubokunda ikinci finalçı müəyyənləşəcək
“Bakcell U-14 Elit Kuboku” turnirində bu gün ikinci finalçı müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, Binə stadionunda keçiriləcək 1/2 final oyununda "Bakı" və "İnter" komandaları qarşılaşacaq.
Qarşılaşma 12:00-da başlayacaq.
Xatırladaq ki, dünən keçirilmiş yarımfinal oyununda "Qarabağ" komandasını 4:0 hesabı ilə məğlub edən "Neftçi" finala vəsiqə qazanıb.
(AFFA)
