6 fevral 2014 11:28

İnter Rəvan qarşısında şəksiz üstünlüyünü qormuğa çalışacaq

Topaz Premyer Liqasının 20-ci turunda “Rəvan” “Bayıl Arena”da “İnter”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionatları tarixində buna qədər altı dəfə qarşılaşan komandaların duelində “İnter” aşkar üstünlüyə malikdir.

Kaxaber Sxadadzenin yetirmələri görüşlərin hamısında rəqibini məğlub etməyi bacarıb. Ümumilikdə qapısından 4 qol buraxan “İnter” rəqibi 15 dəfə meydanın mərkəzinə dəvət edib.

30.10.2011

Rəvan (Bakı) - İnter (Bakı)

1:2

07.03.2012

İnter (Bakı) - Rəvan (Bakı)

1:0

04.10.2012

Rəvan (Bakı) - İnter (Bakı)

0:2

02.12.2012

İnter (Bakı) - Rəvan (Bakı)

2:0

25.08.2013

Rəvan (Bakı) - İnter (Bakı)

1:5

02.11.2013

İnter (Bakı) - Rəvan (Bakı)

3:2

Qeyd edək ki, son turda digər paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşan “Rəvan” rəqibinə 1-5 hesabı ilə uduzub. Qış fasiləsində komandaya təyin olunan yeni baş məşqçi Güvenc Kurtar heyətə bir neçə yeni futbolçu cəlb etsə də, bu, hələ ki, bəhrəsini verməyib. “Rəvan” bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyib (5 bərabərlik, 4 məğlubiyyət). Bundan başqa komanda ev oyunlarında cəmi 4 dəfə rəqibi məyus edə bilib.

Mövsümə uğursuz start verən “İnter” isə ötən tur AZAL-ı məğlub etdi - 2:1. Liderlər qrupu ilə arasındakı xal fərqini qorumaq üçün “İnter”in səfər oyunundan qələbə ilə qayıtması vacibdir. Buna qədər keçirdiyi 8 səfər oyununda 15 xal yığan “İnter” 5 qələbə və 3 məğlubiyyətlə Topaz Premyer Liqasının ən yaxşı üçüncü səfər komandasıdır. 14 dəfə rəqib qapıçılarını məğlub edən paytaxt klubu 9 dəfə öz qapısında qol görüb.

Bu tur hər iki komandanın heyətində cəzalı futbolçular var. Mişel Balokoq (“Rəvan”) və Baçana Sxadadze (“İnter”) paytaxt derbisində komandalarına kömək edə bilməyəcəklər.

(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.