6 fevral 2014 11:00

Zaur Ramazanov: Xəzər Lənkəranda oynasaydım, Neftçi ilə görüşün taleyini həll edərdim

Veteran futbolçu Zaur Ramazanov azerisport.az saytına müsahibəsində bazar günü keçiriləcək “Böyük oyun”dan, “Neftçi”nin şanslarından, “Xəzər Lənkəran”a azarkeşlik etməsindən danışıb:

- Bazar günü keçiriləcək “Böyük oyun” haqda nə düşünürsən?
- Hər zaman olduğu kimi güzəştsiz mübarizə olacaq. Hər iki komanda yalnız qələbəyə oynayacaq. Görüşün Lənkəranda keçirilməsi meydan sahiblərinə əlavə stimul olacaq. Sirr deyil ki, Lənkəranda hər zaman qələbəyə oynayırlar. Fikrimcə “Neftçi”yə çətin olacaq. Bununla belə görüşün aşkar favoriti yoxdur. Həm “Neftçi”, həm “Xəzər Lənkəran” ölkənin ən güclü klublarından sayılır.

- Hansı komandaya azarkeşlik edəcəksən?
- Sevimli “Xəzər Lənkəran” komandasına azarkeşlik edəcəyəm. Futbolçu karyeramı başa vursam da, ürəyim hər zaman Lənkəran azarkeşləri və komandası ilədir. Onların qələbə qazanmasını istərdim.

- Bu görüşü həm də Böyükağa Hacıyevlə Mustafa Dənizli arasında duel kimi qiymətləndirənlər də var...
- Çox yanlış müqayisədir. Bu oyunda baş məşqçilərin işi çox şeyi həll etməyəcək. Heç kim inciməsin, hər şey futbolçuların ustalığından asılı olacaq. Meydanda məşqçilər oynamır, futbolçular yarışır. Psixoloji cəhətdən hansı komandanın futbolçuları hazır olacaq, onlar da qələbə qazanacaq. Bu gün çox şeyi futbolçular həll edir.

- “Xəzər Lənkəran”da görüşün taleyini həll edən futbolçu kimdir?
- Fərdi qaydada oyunu üzərinə götürəcək futbolçu tanımıram. Əlaqəli tərzdə oyunu həll edə bilərlər. Lider kimi bütün yükü üzərinə götürə biləcək yoxdur. Təvazökarlıqdan uzaq olmasın, oynadığım vaxtlar olsaydı özüm əsas sözü deyərdim. “Neftçi” ilə matçın taleyini qolla həll edərdim.

- “Neftçi”də kim liderliyi üzərinə götürə bilər?
- Fikrimcə, onlar komanda oyunu nümayiş etdirərək qələbə qazanmağa çalışacaq. İndi Azərbaycan futbolunda təkbaşına matçın taleyini həll etmək çox çətindir. Fasilədən sonra oyunları görməmişəm, ona görə konkret söz demək çətindir.

- “Xəzər Lənkəran”ın “Qarabağ” üzərində qələbəsini izləmisən?
- Həmin oyuna baxmışam. Etiraf etmək lazımdır ki, həmin görüşdə “Qarabağ” çox yaxşı oynadı. İlk hissədə kifayət qədər qol şansları oldu. Sadəcə, bəxtləri gətirmədi. Cənublular ikinci hissədə üstünlüyü ələ aldı və yeganə qolla matçı xeyrinə həll etdi. İkinci hissədəki oyunu “Neftçi”yə qarşı oynasalar, onda qələbə qazana bilərlər.

- Mustafa Dənizlinin Lənkəranda perspektivlərini necə görürsən?
- Təcrübəli mütəxəssisdir. Böyük klublarda çalışıb. Hər şeyi zaman göstərəcək. İndidən qiymət vermək düzgün deyil. O komandaya bir neçə aydır ki, gəlib. Bu müddətdə ciddi dəyişiklik mümkün deyil. Mövsüm başa çatsın, komandanın oyununu izləyək, onda nə isə söyləmək olar. Bazar günü keçiriləcək “Böyük oyun” çempionluğu həll etmir. Ona görə futbolçular rahat oynamalıdır. Əsas mübarizə hələ irəlidədir.

- Qardaşın Ağabala son zamanlar əsas heyətdə görünmür...
- Fasilədən sonra cəmi bir oyun keçiriblər. Həmin görüşdə də 21 yaşlı futbolçu kimi meydanda Orxan Sadıqlı olub. Bəlkə ona görə Ağabala heyətdə olmayıb. İstənilən halda, qardaşıma inanıram. Onun özümdən yaxşı futbolçu olmasını arzulayıram. Məşqçilər korpusu şans versə, o, özünü göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.