6 fevral 2014 20:44
Xəzər Lənkəran Böyük oyuna hazırlıq məşqini keçirdi
Bu gün axşam “Bayıl Arena”da “Xəzər Lənkəran”ın Türkiyədən tibbi müayinədən qayıtmış baş məşqçisi Mustafa Dənizli “gəmiqayıranları” TPL-in 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcək “Böyük oyun”a hazırlıq məşqinə çıxarıb. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdə zədəli legionerlər Zohair Benuai və Adrian Pit iştirak etməyib.
Həmçinin, sarı vərəqələr limitinə görə cəzalı Elnur Abdullayev və Slavik Alxasov “Böyük oyun”u azarkeş qismində izləyəcəklər.
Xatırladaq ki, oyun fevralın 9-u keçiriləcək.
