6 fevral 2014 17:39
Rəşad Sadıqov: Qəbələdə bizi heç-heçə də qane edəcək
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Baş məşqçi Qurban Qurbanov futbolçulara mətbuatla ünsiyyəti qadağan edib. Niyə?
- Komandamızın ötən ili lider kimi başa vurmasının ardından bəzi futbolçuların mətbuata verdiyi açıqlamalar məşqçilər korpusunun xoşuna gəlməmişdi. Səs-küylü açıqlamalar bizim kluba yaraşmır. Ambisiyamızı meydanda göstərməliyik. Fikrimcə, bu qadağa faydalı olacaq.

- "Qarabağ"ın bu il keçirdiyi ilk oyunu siz kənardan izlədiniz. Məğlubiyyəti gözləmirdiz?
- Xeyr. Komandamız yaxşı oynadı. Heç belə oyun gözləmirdim. Türkiyədə hava şəraitinin pis olması səbəbindən son sınaq matçına çıxa bilmədik. Bu görüşdə də gözlənilməz qoldan sonra komanda sındı.

- Bu məğlubiyyətin ardından liderliyi təhvil verdiyiniz "Qəbələ" ilə qarşılaşacaqsız. Nə gözləyirsiz?
- Gərgin oyun olacaq. Mümkün məğlubiyyət bizi ilk pillədən daha da uzaqlaşdıracaq.

- Bu oyunu həlledici saymaq olar?
- Elə də demək olar. Baxaq, görək necə alınacaq. Futbol belədi. Bu gün lidersən, sabah liderlər qrupunda yerini qorumaq üçün mübarizə apara bilərsən. Əgər məğlub olsaq, "Qəbələ"dən 5 xal geri qalacağıq.

- Deməli, heç-heçəni də normal nəticə sayacaqsız?
- Fikrimcə, hə. Əsas uduzmamaqdı.
- Fikrimcə, hə. Əsas uduzmamaqdı.
- Rəqibiniz liderdi, yaxşı futbol sərgiləyir və üstəlik sizinlə oyunda Kamran Ağayevlə Marat İzmaylov kimi yeni transferlər də meydana çıxa bilərlər...
- Bu iki futbolçu "Qəbələ"ni gücləndirəcək. Amma "Qəbələ" onlarsız da güclüdü. Belə futbolçulara qarşı oynamaq həmişə maraqlıdı. Bizə çox çətin olacaq.

- Sizi meydanda görəcəyik?
- Həkimlər hələ tez olduğunu deyirlər. Amma komandayla məşq edirəm. Böyük ehtimalla bu oyunu buraxacam. Lakin komanda ilə birgə olacam.

- "Qarabağ"ı da yaxından maraqlandıran "Böyük oyun"dan nə gözləyirsiz?
- Turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq, bu komandaların oyunu həmişə mənim diqqətimi çəkib. Xüsusilə də Lənkərandakı oyunlar. Oyuna baxacam. Gözəl oyuna azarkeşlik edəcəm.