6 fevral 2014 17:00
Dörd futbolçu Böyük oyuna həsrət qaldı
Dörd futbolçu TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçiriləcək “Böyük oyun”da iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, “gəmiqayıranlar” və “Flaqman” hərəyə iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Slavik Alxasov, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”) və Elvin Yuniszadə, Ruslan Qurbanov (hər ikisi “Neftçi”) sarı vərəqələr limitini aşdığından oyunda iştirak edə bilməyəcəklər.
