6 fevral 2014 15:55
Qarabağ dünya reytinqində gerilədi
Beynəlxalq futbol tarixi və statistikası federasiyası komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycanı siyahıda Ağdamım “Qarabağ” klubu təmsil edir.
Yanvar reytinqi ilə müqayisədə Qurban Qurbanovun yetirmələri iki pillə geriləyərək 119,5 xalla 113-cü pillədə qərarlaşıb. Kiprin APOEL və Küveytin “Hadisia” klubları da bu miqdarda xal toplayıb.
Birinci pillə əvvəlki tək Almaniya nəhəngi Münhen “Bavariya”sına məxsusdur (370 xal).
