6 fevral 2014 15:22
Yuri Syomin: Ağayev və İzmayılov Qarabağa qarşı oynaya bilərlər
“Qəbələ”ni baş məşqçisi Yuri Syomin azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə fikrini bölüşüb:
“Bu gərgin və prinsipial oyun olacaq. Azarkeşlərin çox olmasını istəyirik. Qələbə qazanmağa və bunun üçün mümkün hər şey etməyə çalışacağıq. Oyuna qədər hamı bərabərdir. Ancaq nəzərə almaq lazımdır ki, “Qarabağ” yüksək səviyyəli komandadır. Kamran Ağayev və Marat İzmaylov oynayacaqmı? Bütün komanda kimi, onlar da oyuna hazır olacaqlar. Hələ qərara gəlməmişəm, ancaq onların start heyətində də meydana çıxacaqları tamamilə mümkündür”.
