6 fevral 2014 14:48
Dənizli məşqi Bakıda keçəcək
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli tibbi müayinədə olduğu Türkiyədən ölkəmizə qayıdıb. Azerisport.az xəbər verir ki, bu gün türk mütəxəssis komandasına qoşulub və TPL-in 20-ci turu çərçivəsində “Nefçti”yə qarşı keçiriləcək “Böyük oyun”da iştirak edəcək.
Mustafa Dənizli bu gün 17:00-da komandasını Bakıda hazırlıq məşqin çıxaracaq.
Qeyd edək, fevralın 9-da baş tutacaq “Böyük oyun”a hazırlıq məqsədi ilə bu gün Lənkəran Şəhər stadionun ot örtüyünün qardan təmizlənməsinə də başlanılıb.
